BAKI, 2 oktyabr. TELEQRAF
“Azərbaycan Avropa İttifaqı üçün mühüm tərəfdaşdır”.
Teleqraf xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta Kopenhagendə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra sosial media hesabında yazıb.
Qurum rəhbəri Azərbaycan lideri ilə çox konstruktiv söhbətin baş tutduğunu bildirib:
“Azərbaycanı ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə Vaşinqtonda Ermənistanla münasibətlərdə əldə edilmiş son tarixi irəliləyiş münasibətilə təbrik etdik. Bu, regionda davamlı sülhün əldə edilməsi istiqamətində mühüm addımdır.
Azərbaycan bizim üçün mühüm tərəfdaşdır və əlaqələrimizi möhkəmləndirməyə sadiq qalırıq.
Qlobal Keçid strategiyamızın bir hissəsi olaraq nəqliyyat, enerji və rəqəmsal texnologiyalar sahələrində regional əlaqənin inkişafına sərmayə qoymağa davam edəcəyik”.