BAKI, 30 sentyabr. TELEQRAF
“Ermənistanda təlim-məşq toplanışları ilə bağlı çoxsaylı yayınmalar var”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Qeqam Manukyan deyib.
“25 günlük təlim-məşq toplanışları ilə bağlı çox böyük problemlər, çoxsaylı yayınmalar var. Buna inamsızlıq, müdafiəsizlik, 25 gün iş yerindən və qeydiyyatsız işdən, eləcə də ailədən məhrum olmaq və 25 günlük təlim-məşq toplanışından qayıdanların çoxlu sayda problemi səbəb olur”, - deputat qeyd edib.
Manukyan bildirib ki, Ermənistan hökuməti bu kimi halların qarşısını almaq üçün vətəndaşları xüsusi sifarişlərlə təlimlərə çağırır.