TBİLİSİ, 29 sentyabr. TELEQRAF
Tbilisi Şəhər Məhkəməsi Gürcüstan Maliyyə Nazirliyinin 9 milyon larinin (3,3 milyon ABŞ dolları) dövlət büdcəsinə qaytarılması ilə bağlı vəsatətini təmin edib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, qərarla keçmiş prezident Mixeil Saakaşvili və Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq rəhbəri Teymuraz Canaşiya vəsaiti ödəməyə məcbur edilib.
Qeyd edək ki, iş üzrə M.Saakaşvili bu ilin martında 9 il müddətinə azadlıqdan məhrum edilib. İttiham olunan digər şəxs — M.Saakaşvilinin mühafizə xidmətinin keçmiş rəisi T.Canaşiya isə 300 min lari məbləğində cərimələnib.
Sabiq prezidentə dövlət vəsaitlərinin israf olunması ittihamı 2014-cü ildə irəli sürülüb. İttihama əsasən, külli miqdarda büdcə vəsaitləri 2009-2012-ci illərdə M.Saakaşvilinin şəxsi ehtiyacları üçün xərclənib.