BAKI, 29 sentyabr. TELEQRAF
Teleqraf xəbər verir ki, bunu Ermənistanın “Respublika Naminə” partiyasının sədri Arman Babacanyan sosial media hesabında yazıb.
“Moldova xalqı, siz tarix yazdınız: siz müasir müharibələrdə Rusiyanı məğlub edən ilk xalq oldunuz. Təşəkkürlər”, - siyasətçi bildirib.
Babacanyan Ermənistanın da Moldova kimi öz yolu ilə getməli olduğunu qeyd edib:
“Bu, Ermənistan üçün aydın bir dərsdir: geosiyasi rəqabət dövründə qətiyyət və prinsipiallıq təkcə xarici siyasət aləti deyil, həm də xalqa qeyri-müəyyən vədlər vermək lazım deyil”.
Xatırladaq ki, Moldovada keçirilən parlament seçkilərində Prezident Maya Sandunun hakim Fəaliyyət və Həmrəylik Partiyası (PAS) qalib gəlib. Partiya avropayönümlüdür, əsas hədəfi ölkənin Avropa İttifaqı üzvlüyünə nail olmaqdır.