TBİLİSİ, 2 sentyabr. TELEQRAF

Gürcüstanın Baş naziri İrakli Kobaxidze BP şirkətinin Gürcüstan, Azərbaycan və Türkiyə üzrə regional prezidenti Qəri Consla görüşüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, tərəflər BP və Gürcüstan arasında uğurlu əməkdaşlığı müzakirə ediblər.

Bildirilib ki, BP Gürcüstanın ən böyük sərmayədarlarından biri olaraq ölkəyə əhəmiyyətli faydalar gətirir, yeni iş yerlərinin yaradılması, dövlət sektorunda investisiya proqramlarının həyata keçirilməsində mühüm rol oynayır.

Görüşdə BP-nin Gürcüstandakı layihələrinin, o cümlədən ölkə ərazisindən keçən üç əsas neft və qaz tranzit boru kəmərinin əhəmiyyəti, həmçinin Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan neft kəmərlərinin əhəmiyyəti müzakirə olunub.

“Şahdəniz” yatağından hasil edilən təbii qazı Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına çatdıracaq Cənubi Qafqaz Boru Kəməri layihəsinin rolu da vurğulanıb.

Tərəflər Gürcüstanda əlverişli investisiya mühitini və ölkənin tranzit funksiyasını, eləcə də BP və Gürcüstan arasında tərəfdaşlığın gələcək inkişafı üçün potensialın olduğunu qeyd ediblər.