BAKI, 1 sentyabr. TELEQRAF
“Ermənistanın Avrasiya İqtisadi Birliyindən (AİB) çıxması ilə bağlı qərarı erməni xalqı verməlidir və bütün faktorlar dəyərləndirilməlidir”.
Teleqraf xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
“Bu yaxınlarda Nikol Paşinyan bildirib ki, eyni anda Avrasiya İqtisadi Birliyi və Avropa İttifaqına üzv olmaq mümkün deyil. Nə vaxtsa belə bir qərar verilərsə, əminəm ki, qərarların qəbuluna təsir edən bir çox amillər dəyərləndiriləcək”, - baş nazirin müavini qeyd edib.