BAKI, 26 avqust. TELEQRAF

“Azərbaycan-Ermənistan sülh sazişinin paraflanması bölgədə əməkdaşlıq üçün yeni imkanlar yaradıb”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Aleksey Sandıkov deyib.

Parlamentari hər iki xalqın - azərbaycanlılar və ermənilərin uzun sürən münaqişədən sonra dinc və sülh şəraitində yaşamaq hüququ qazandıqlarını qeyd edib.

“Artıq Ermənistanla Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş paraflanıb. Bu çərçivədə əldə edilmiş razılaşmalar regional əməkdaşlıq və sülh üçün yeni imkanlar yaradıb. Regionumuz sülh və firavanlıq şəraitində yaşamaq hüququ qazanıb”, - deputat bildirib.

A.Sandıkov Ermənistanın sülh gündəmini davam etdirəcəyini iddia edib.