BAKI, 22 avqust. TELEQRAF
Qars-İğdır-Aralık-Dilucu (Türkiyə) dəmir yolu xəttinin təməlqoyma mərasimi keçirilib.
Teleqraf xəbər verir ki, mərasimdə çıxış edən Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu bu xəttin Zəngəzur dəhlizinin vacib komponenti olacağını bildirib.
“Daha əvvəl həyata keçirilməsi üçün 2,4 milyard avroluq xarici kredit götürdüyümüz bu xətt ölkəmizə valyuta axını yaradacaq. Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xətti 110 milyard lirə sərmayə ilə inşa ediləcək”, - nazir qeyd edib.
Uraloğlu xəttin 224 kilometr uzunluğunda olacağını açıqlayıb:
“İllik 5,5 milyon sərnişin və 15 milyon ton yük daşıma qabiliyyətinə malik olan bu xətt təkcə logistika imkanları baxımından deyil, həm də tikinti keyfiyyəti, tunel və dizaynı baxımından qabaqcıl mühəndislik nümunəsi olacaq. Xətti 2029-cu ilin sonuna qədər tamamlamağı hədəfləyirik”.