BAKI, 19 avqust. TELEQRAF

“Azərbaycan və Ermənistan arasında sülh Robert Köçəryan, Serj Sərkisyan və “Daşnaksütyun”un məğlubiyyətidir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan deyib.

“Köçəryanlar, sərkisyanlar və daşnaklar iddia edirlər ki, Ermənistanla Azərbaycan arasında imzalanmış sülh müqaviləsi, yolların açılması və müstəqillik məğlubiyyətdir. Bəli, Ermənistanda sülh onların məğlubiyyətidir: onlar artıq müharibə təhlükəsi altında olan ağaları (Rusiyanı nəzərdə tutur – red.) üçün bizim boynumuza yeni ilgək taxa bilmirlər.

Beləliklə, Ermənistanda sülhün müxalifəti birdəfəlik məğlub oldu və əbədi olaraq tarixin zibilliyinə atılacaq”, - partiya rəsmisi vurğulayıb.