TBİLİSİ, 12 avqust. TELEQRAF

"Gürcüstan Azərbaycan və Ermənistan arasında imzalanmış sülh sazişini alqışlayır. Biz dəfələrlə bəyan etmişdik ki, Gürcüstan da bu sazişin əldə olunması üçün istifadə oluna bilər və tərəfimizdən bir sıra təkliflər irəli sürülmüşdü".

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Tbilisi meri, “Gürcü Arzusu” partiyasının baş katibi Kaxa Kaladze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, dünyada son dərəcə çətin vəziyyət fonunda bölgədə sülhün qorunması çox vacibdir.

"Bu gün regionda sülhün qorunması həmişəkindən daha vacibdir. Yaxın Şərqdə və ümumilikdə dünyada vəziyyət son dərəcə mürəkkəbdir və ona görə də bu gün bizə ən əsası sülh lazımdır. Belə ki, sülh inkişaf, tərəqqi və iqtisadi rifah gətirir", - K.Kaladze söyləyib.