BAKI, 10 avqust. TELEQRAF

Yunanıstan Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmaları alqışlayır.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Yunanıstandakı səfirliyinin bəyanatında deyilir.

"Biz hər iki tərəfin, eləcə də Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesində irəliləyişə töhfə verən ABŞ hökumətinin səylərini yüksək qiymətləndiririk.

İki ölkə arasında yekun sülh müqaviləsinin imzalanması və ratifikasiyası, əsas prinsipləri suverenlik və ərazi bütövlüyü olacaq davamlı sülhün və rifahın təmin edilməsi yolunda növbəti addım olacaq", - bəyanatda bildirilir.