BAKI, 31 iyul. TELEQRAF
“Azərbaycan bizim qardaşımızdır, qohumumuzdur, onunla əlaqələr qurmalıyıq”.
Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
Prezident Tehranın Azərbaycanla dostluq əlaqələrinin qurulmasında liderlik etməli olduğunu vurğulayıb.
Pezeşkian Azərbaycanın İrana qarşı düşmənçilik etməsi ilə bağlı iddiaları rədd edərək bildirib:
“Bəziləri “Azərbaycan İranın düşmənidir” deyirlər, amma bu, belə deyil, Azərbaycan bizim qardaşımız və qohumumuzdur. Necə olur ki, İsrail Azərbaycanla münasibət qura bilir, amma biz edə bilmirik?
Sərhədin o tayında bacı-qardaşlarımızla sağlam və mehriban münasibət qura bilməməyimizdə problemin harada olduğunu görməliyik. Günahkar Azərbaycan yox, bizik”.