BAKI, 30 iyul. TELEQRAF

NATO artıq neçə ildir Cənubi Qafqazda möhkəmlənməyə çalışır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, NATO-nun məqsədi region ölkələrinin resurslarından Qərbin maraqları üçün istifadə etmək və Rusiya ilə geosiyasi rəqabət fonunda regionu zəiflətməkdir.

"Onlara bərabər hüquqlu münasibətlər lazım deyil. Onlar resursları almaq, ölkələri bir-birinə qarşı qoymaq, bölgəni alovlandırmaq istəyirlər. Ümid edirik ki, region ölkələri, Ermənistan və Azərbaycan NATO ilə əməkdaşlığın risklərini anlayacaq", - diplomat vurğulayıb.