TBİLİSİ, 17 iyul. TELEQRAF

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası Tbilisi meri vəzifəsinə namizədini gələn həftə irəli sürəcək.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında bildirib.

K.Kaladze özünün Tbilisi merliyinə üçüncü dəfə namizədliyinin irəli sürülüb-sürülməyəcəyi sualını belə cavablandırıb:

“Gözləyin. Tezliklə biləcəksiniz!. Məhz “Gürcü Arzusu”nun namizədi seçkilərdə qalib gələcək”.

Mer müxalifət partiyalarının hətta birləşəcəyi halda yerli seçkilərdə qələbəyə şanslarının olmadığını vurğulayıb.

Qeyd edək ki, Gürcüstanda yerli seçkilər bu ilin oktyabrın 4-nə təyin olunub. K.Kaladze Tbilisi meri vəzifəsinə ilk dəfə 2017-ci, ikinci dəfə isə 2021-ci ildə seçilib.