TBİLİSİ, 17 iyul. TELEQRAF

“Əgər sülh və sabitlik və ya viza rejiminin liberallaşdırılması arasında seçim olarsa, biz sülh və sabitliyə üstünlük verəcəyik”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

O, sülh və sabitliyin gürcü xalqının seçimi olduğunu bildirib.

“Viza rejiminin liberallaşdırılması o deməkdir ki, Gürcüstan vətəndaşının Avropaya getməsi üçün viza lazımdır. Sülh, sabitlik, ailə dəyərləri ekzistensial məsələlərdir. Avropaya viza ilə və yaxud vizasız səyahət etməyiniz ekzistensial məsələ deyil”, - Baş nazir söyləyib.