BAKI, 16 iyul. TELEQRAF
"Azərbaycanı Naxçıvanla birləşdirən yolun idarə olunması ilə bağlı Ermənistan ABŞ-dən təklif alıb".
Teleqraf xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 16-da keçirdiyi mətbuat konfransında deyib.
O, təklifin rəsmi və ya qeyri-rəsmi olduğunu deməyib.
"Diplomatik işlərin 90%-i qeyri-rəsmi şəkildə aparılır. Rəsmi hissə son on faizdir, o zaman ki, artıq razılıq əldə olunub və onun rəsmiləşdirilməsi qalır. Bu məsələ ilə bağlı oxşar təkliflər başqa ölkələrdən də gəlib".
Qeyd edək ki, ABŞ-nin Türkiyədəki səfiri Tomas Barrak bildirib ki, ölkəsi Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib.
Diplomat vurğulayıb ki, ABŞ Zəngəzur dəhlizini 100 il müddətinə icarəyə götürməyə hazırdır.