BAKI, 4 iyul. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə toplantısının çərçivəsində İran Prezidenti Məsud Pezeşkiyanla görüşüb.

Teleqraf görüşdən videomaterialı təqdim edir:

***

Teleqraf xəbər verir ki, görüşdə Türkiyə və İran arasında ikitərəfli münasibətlər, eləcə də regional məsələlər müzakirə olunub.

Rəcəb Tayyib Ərdoğan görüş zamanı İran ilə İsrail arasında mövcud olan faktiki atəşkəsin dayandırılmasının əhəmiyyətini vurğulayıb, məsələlərin danışıqlar yolu ilə həll edilməli olduğunu bildirib.

O qeyd edib ki, Türkiyə vasitəçilik də daxil olmaqla, üzərinə düşən hər bir vəzifəni səmimiyyətlə yerinə yetirməyə hazırdır.

Türkiyə lideri həmçinin bildirib ki, Türkiyə ilə İranın terrorla mübarizə sahəsində əməkdaşlığı gücləndirməsi vacibdir. O, xüsusilə ticarət olmaqla, bütün sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin hər iki ölkə üçün faydalı olacağını qeyd edib.

***

16:18

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə toplantısının keçirildiyi Xankəndi şəhərində İran Prezidenti Məsud Pezeşkian ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti Məsud Pezeşkian, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Tacikistanın Prezidenti Emoməli Rəhmon, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, Qazaxıstanın Baş naziri Oljas Bektenov, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabir, Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov, Əfqanıstanın Baş nazirinin müavini Əbdül Qəni Baradar, Nigeriyanın büdcə və iqtisadi planlama naziri Abubakar Atiku Baqudu və başqa rəsmilər iştirak ediblər.