TBİLİSİ, 4 iyul. TELEQRAF

Gürcüstanın sabiq müdafiə naziri İrakli Okruaşvili 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hökmü Tbilisi Şəhər Məhkəməsi elan edib.

Məhkəmənin qərarı ilə keçmiş nazir iki il müddətinə dövlət vəzifəsi tutmaq hüququndan da məhrum edilib.

Qeyd edək ki, İ.Okruaşvili Gürcüstan parlamentinin keçmiş dövlət başçısı Mixeil Saakaşvilinin hakimiyyəti dövründə törədilmiş cinayətləri araşdıran müvəqqəti istintaq komissiyasının qanuni tələbini yerinə yetirməməkdə ittiham olunurdu.

Xatırladaq ki, İ.Okruaşvili Gürcüstanın müdafiə naziri vəzifəsini 2004-2006-cı illərdə tutub.