TBİLİSİ, 30 iyun. TELEQRAF

Givi Mikanadze Gürcüstanın təhsil, elm və gənclər naziri təyin olunub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze brifinqdə bildirib.

Qeyd edək ki, G.Mikanadze Gürcüstan parlamentinin Təhsil, elm və gənclərlə iş üzrə komitəsinin sədri olub.

***

16:24

TBİLİSİ, 30 iyun. TELEQRAF

Gürcüstanın təhsil, elm və gənclər naziri Aleksandre Tsuladze istefa verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, onun istefa bəyanatını Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi sosial şəbəkə hesabında yayıb.

A.Tsuladze vəzifəsini şəxsi qərarı əsasında tərk etdiyini bildirib.

“Nazir vəzifəsində çalışdığım müddətdə nazirliyin əməkdaşları ilə birlikdə bütün səviyyələrdə təhsilin keyfiyyətinin yüksəldilməsi üçün bir çox mühüm təşəbbüslər, o cümlədən bir sıra innovativ layihələr həyata keçirmişik. İnanıram ki, yeni nazir bu layihələrin tamamlanmasını təmin edəcək”, - bəyanatda deyilir.

Qeyd edək ki, A.Tsuladze ötən ilin oktyabrında nazir postuna təyinat almışdı. Buna qədər o, Təhsilin Keyfiyyətinin İnkişafı Milli Mərkəzinin direktoru idi.