BAKI, 30 iyun. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı gündəmdə deyil.

Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Hazırda belə bir söhbət gündəmdə deyil, digər tərəfdən ehtiyac olarsa, ən qısa zamanda baş tutacaq”, - Peskov Rusiya prezidentinin Yekaterinburqda Azərbaycan vətəndaşlarına qarşı zorakılıqla bağlı azərbaycanlı həmkarı ilə söhbətinin gündəmdə olub-olmaması ilə bağlı sualını cavablandırıb.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti azərbaycanlıların evinə basqın edib. Zorakılıq zamanı 2 azərbaycanlı öldürülüb.

Basqında tanınmış jurnalist və ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşları Ziyəddin və Hüseyn Səfərov döyülərək qətlə yetirilib.

Hadisə zamanı bəzi soydaşlarımız ağır bədən xəsarətləri alıb, habelə 9 nəfər saxlanılıb.