TBİLİSİ, 21 iyun. TELEQRAF

Gürcüstanın təxminən min nəfərə yaxın vətəndaşı İsraili tərk edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Gürcüstan tərəfi İsrailin müvafiq xidmətləri ilə sıx əlaqədə ölkə vətəndaşlarının ən qısa müddətdə vətənlərinə təhlükəsiz qayıtmasını təmin edir.

Gürcüstanın İsraildəki səfirliyi yaranmış gərgin vəziyyət səbəbindən fövqəladə rejimdə fəaliyyətini davam etdirir. Diplomatik nümayəndəlikdə Gürcüstan vətəndaşları üçün işə salınan “qaynar xətt” xidmətinə 500 nəfərdən çox şəxsin müraciəti daxil olub.

Səfirlikdən qeyd edilib ki, Gürcüstan vətəndaşları İsrail-İordaniya və İsrail-Misir sərhəd-keçid məntəqələrindən istifadə edərək İsraili öz istəkləri əsasında qüvvədə olan pasportlarla tərk edə bilərlər.