BAKI, 17 iyun. TELEQRAF
“Ermənistan üçüncü ölkə vətəndaşları üçün Türkiyə ilə sərhədlərin açılması ilə bağlı əlindən gələni edir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini, Ermənistan hökumətinin Türkiyə üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan bildirib.
“Ermənistan bunun baş tutması üçün əlindən gələni edib. Qalanı Türkiyədən asılıdır”, - xüsusi nümayəndə qeyd edib.
Xatırladaq ki, 2024-cü ildə Türkiyə və Ermənistan arasında üçüncü ölkə vətəndaşları üçün sərhəd-keçid məntəqələrinin açıq saxlanılması barədə razılaşma əldə olunub. Razılaşma diplomatik pasport sahiblərinə də aiddir. Hələlik razılaşmanın icrası ilə bağlı praktiki addımlar atılmayıb.