BAKI, 13 iyun. TELEQRAF

Ermənistan parlamentinin keçmiş sədri, sabiq Baş nazir Ovik Abramyan həbs edilib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Hökumətin keçmiş rəhbəri Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin apardığı cinayət istintaqı çərçivəsində həbs olunub.

O.Abramyan çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə və sahibkarlıq fəaliyyətində qanunsuz iştirak kimi bir neçə ittihamla həbs edilib.