TBİLİSİ, 13 iyun. TELEQRAF

İsrailin Gürcüstandakı səfirliyi son hadisələrlə əlaqədar bağlanıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə diplomatik nümayəndəlikdən bildirilib.

Qeyd olunub ki, konsulluq xidmətləri də göstərilməyəcək.