BAKI, 7 iyun. TELEQRAF
Ermənistanın müxalif Respublika Partiyası sədrinin müavini Armen Aşotyan sözügedən partiyanın baş nazirliyə namizədi seçilib.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
“Əldə etdiyimiz məlumata görə, yaxın günlərdə Respublika Partiyası baş nazirliyə namizədi kimi Armen Aşotyanın adını ictimaiyyətə açıqlayacaq. Əvvəllər Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyanın adı partiyanın baş nazirliyə namizədi kimi hallanırdısa, indi onlar Aşotyanın namizədliyinə üstünlük verərək, seçimlərini dəyişiblər”, - erməni nəşri yazıb.
Respublika Partiyasının sədri Ermənistanın sabiq prezidenti Serj Sərkisyandır.
Növbədənkənar seçkilər olmasa, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ildə keçiriləcək.