TBİLİSİ, 29 may. TELEQRAF
Gürcüstanda xarici ölkə vətəndaşlarının sürücülük vəsiqəsi alması üçün tələb olunan qaydalar sərtləşdirilib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bununla bağlı ölkənin daxili işlər nazirinin əmri qüvvəyə minib.
Dəyişikliklərə əsasən, Gürcüstanda yaşayış izni olmayan və yaxud ölkədə son bir ildə 185 gün ərzində qanuni əsasla olması barədə arayış təqdim edə bilməyən əcnəbilər sürücülük vəsiqəsi ala bilməyəcəklər.
Yeni qaydalar Gürcüstanda akkreditə olunmuş diplomatik korpusun əmədakşlarına şamil olunmayacaq.
Qeyd edək ki, bu ilin birinci rübündə Gürcüstanda 81 nəfər xarici ölkə vətəndaşı sürücülk vəsiqəsi alıb ki, onların da 6-sı nəfər Azərbaycan vətəndaşı olub.