BAKI, 22 may. TELEQRAF
“Ermənistan hökumətinin gündəliyinə Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmaq məsələsi daxil deyil və Avropa İttifaqına (Aİ) inteqrasiya ilə bağlı qanunvericilik təşəbbüsləri də bunu nəzərdə tutmur”.
Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.
“Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvüdür və bu təşkilatdan çıxmaqla bağlı gündəm yoxdur. Bu məntiqlə işləməyə davam edirik.
Birincisi, biz indi fərqli iqtisadi birlikdəyik (AİB – red.). İkincisi, Ermənistan Aİ-yə üzvlük üçün ərizə təqdim etməyib. Mənim hökumətin üzvü kimi, başqa gündəmdən xəbərim yoxdur”, - Papoyan bildirib.