BAKI, 21 may. TELEQRAF
Rusiyalı jurnalistin İrəvanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı sualı Ermənistan xarici işlər naziri Ararat Mirzoyanı qəzəbləndirib.
Teleqraf xəbər verir ki, hadisə Mirzoyanın İrəvanda rusiyalı həmkarı Sergey Lavrovla mətbuat konfransında baş verib.
Jurnalistin sualını yersiz hesab edən Ermənistan xarici işlər naziri ona əsəbi tonda cavab verib.
“Ermənistan Respublikası Aİ-yə üzvlük üçün ərizə təqdim etməyib və bu istiqamətdə heç bir danışıqlar aparılmır, buna görə də, baş verməmiş bir hadisə barədə belə sualların ortaya çıxması yersizdir, bu səbəbdən belə bir ssenariyə münasibət bildirə bilmərəm”, - Ararat Mirzoyan jurnalistin Ermənistanın Aİ-yə üzvlüyünün Avrasiya İqtisadi Birliyinə inteqrasiyasına necə təsir edəcəyi barədə sualını cavablandırarkən deyib.