BAKI, 21 may. TELEQRAF

"Cənubi Qafqaza aid məsələləri region ölkələri həll etməlidir".

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Ararat Mirzoyanla danışıqlardan sonra keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, regional və beynəlxalq problemlərin müzakirəsi zamanı Cənubi Qafqazdakı vəziyyətə xüsusi diqqət yetirilib.

“Əminik ki, burada yaranan məsələləri ilk növbədə region dövlətləri həll etməlidir. Biz regiondankənar ölkələrin iştirakına etiraz etmirik. Ancaq bir şərtlə ki, onların fəaliyyəti gərginlik yaratmaq məqsədi daşımasın və heç vaxt heç bir yerdə müsbət nəticələrə gətirib çıxarmayan geosiyasi oyunların əvəzinə yerli dövlətlərin maraqlarını nəzərə alınsın”.

Lavrov qeyd edib ki, Moskvanın mövqeyi gizli gündəmlər olmadan ədalətli dialoqa hazır olan hər kəslə əməkdaşlığa açıqdır.