BAKI, 21 may. TELEQRAF

Rusiya Ermənistanın müdafiəsi, suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi üçün hər cür yardım göstərməyə hazırdır.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı ilə geniş tərkibdə görüşündə deyib.

“Təhlükəsizlik sahəsini alyansımızın ən mühüm ölçülərindən biri hesab etməkdə davam edirik. Biz Ermənistanın müdafiəsi, suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi üçün hər cür yardım etməyə hazırıq”, - Rusiya XİN rəhbəri bildirib.