BAKI, 19 may. TELEQRAF

Rusiya xarici işlər naziri Sergey Lavrov 20-21 may tarixlərində Ermənistana rəsmi səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Həmin gün Ermənistan XİN-də Rusiya və Ermənistan xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçiriləcək.