TBİLİSİ, 19 may. TELEQRAF
Gürcüstanda son günlər həyata keçirilən tədbirlər çərçivəsində 33 nəfər əcnəbi ölkədən deportasiya edilib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentindən bildirilib.
Xarici ölkə vətəndaşlarının bir qismi Gürcüstanı könüllü tərk edib, digərləri isə məcburi şəkildə deportasiya edilib. Yerli qanunvericiliyə uyğun olaraq deportasiya edilən şəxslərin ölkəyə girişi qadağan olunub.
Həmin şəxslər Hindistan, Misir, İordaniya, Türkiyə, Pakistan, Çin, İran, Banqladeş, İraq, Rusiya, Azərbaycan və Türkmənistan vətəndaşlarıdır.
Qeyd edək ki, Miqrasiya Departamenti Gürcüstan daxilində qeyri-qanuni miqrasiyaya qarşı mübarizə aparan orqandır. Onun səlahiyyətlərindən biri qanuni əsas olmadan Gürcüstanda olan xarici ölkə vətəndaşlarının müəyyən edilərək ölkədən çıxarılmasıdır.