BAKI, 15 may. TELEQRAF

Astanada rəsmi səfərdə olan Ermənistan parlamentinin sədri Alen Simonyan qazaxıstanlı həmkarı Maulen Aşimbayevlə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan parlamentinin saytında məlumat verilib.

Görüşdə regional hadisələr və Ermənistanla Azərbaycan arasında sülh prosesi ilə bağlı məsələlər müzakirə olunub. Ermənistan parlamentinin spikeri regional kommunikasiyaların (yollar) açılmasının vacibliyini bildirib.

Görüşdə iki ölkə arasında birbaşa, müntəzəm hava əlaqəsinin yaradılmasının önəminə diqqət çəkilib. Alen Simonyan Qazaxıstan hakimiyyətinin ölkədəki erməni icmasına münasibətini yüksək qiymətləndirib.

Tərəflər həmçinin rəqəmsallaşma və informasiya texnologiyaları sahəsində ikitərəfli əməkdaşlıq imkanlarını müzakirə ediblər.