TBİLİSİ, 7 may. TELEQRAF

Gürcüstan hakimiyyətinin əleyhinə olan "Megobari Act" adlı qanun layihəsi ABŞ Senatına təqdim olunub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Senatın iş qrafikinə edilən dəyişikliklərdən məlum olub.

Qeyd edək ki, sənəd ABŞ Konqresinin Nümayəndələr Palatasında mayın 6-da 349 səslə dəstəklənib. Qanun layihəsi Gürcüstanın yüksək vəzifəli şəxslərinə qarşı sanksiyalar və viza məhdudiyyətlərinin tətbiqini nəzərdə tutur.