BAKI, 22 aprel. TELEQRAF

Türkiyə “erməni soyqırımı”nın beynəlxalq səviyyədə təbliğatının dayandırılması üçün Ermənistana təzyiqi artırıb.

Teleqraf xəbər verir ki, bu barədə erməni türkoloq Varujan Qeqamyan məlumat verib.

Onun sözlərinə görə, Türkiyə bu məsələnin Ermənistanın xarici və daxili siyasət gündəmindən çıxarılmasında israrlıdır.

“Söhbət təkcə (qondarma) soyqırımının beynəlxalq aləmdə tanınmasının tamamilə rədd edilməsindən yox, həm də Ermənistan daxilində bu məsələnin siyasiləşdirilməməsindən gedir. Bu mənada İrəvanın Ermənistan səfirlik və konsulluqlarına diasporun tədbirlərində Türkiyənin adının çəkilməməsini təmin etmək tapşırığı verməsi təəccüblü deyil”, - Qeqamyan bildirib.

Xatırladaq ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bundan əvvəl “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanıdılmasının İrəvanın xarici siyasət gündəmi olmadığını açıqlamışdı.