BAKI, 15 aprel. TELEQRAF

Ermənistan parlamentinin spikeri Alen Simonyan keçmiş prezident Serj Sərkisyanın ittihamlarına cavab verib.

Teleqraf xəbər verir ki, o, yeddi il əvvəl erməni xalqının Sərkisyanı rədd etdiyini bildirib.

“Sərkisyan həmişə bizim haqqımızda pis söz deyəndə reytinqimiz qalxır. Buna görə də cənab Sarkisyana növbəti seçkilərə özünün qatılmasını təklif edirəm. Sərkisyan erməni xalqı tərəfindən rədd edilən nadir şəxsiyyətdir”, - spiker bildirib.

Simonyan Sərkisyanı keçdiyi və tutduğu yola baxmağa çağırıb.

Xatırladaq ki, Serj Sərkisyan bundan əvvəl Ermənistan Baş naziri Nikol Paşinyanı hakimiyyəti qəsb etməkdə ittiham edərək, onu “kapitulyator və eşşək” adlandırmışdı.