
BAKI, 12 aprel. TELEQRAF
Rusiyanın Ermənistan üzrə kuratoru dəyişdirilib.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Erməni nəşri bildirir ki, yaxınlara qədər Ermənistan üzrə kurator Rusiya Prezident Aparatı rəhbərinin müavini Dmitri Kozak olub:
“Təxminən bir ay əvvəl Rusiya prezidenti Ermənistanın kuratoru Kozakı dəyişib. Onu Rusiyanın keçmiş baş naziri, həmçinin Abxaziya, Cənubi Osetiya və Moldova istiqamətlərini koordinasiya edən Sergey Kiriyenko əvəzləyib. Bu, Ermənistanın Kreml üçün mühüm istiqamətə çevrildiyinə, daha nüfuzlu məmurun təyin olunduğuna sübutudur. Vladimir Putin ona güvənir, Kozak Kremldə kifayət qədər məsuliyyətli və mühüm rol oynayır.
Kiriyenko hələ Ermənistanda vəziyyətlə tanış olur, təhqiqat aparır. Əldə etdiyimiz məlumata görə, bu müddət ərzində o, bəzi erməni siyasiləri ilə təmasda olub, hətta bəzilərini Kremldə qəbul edib. Üstəlik, Robert Köçəryanın Moskvaya getdiyi və Kiriyenko ilə görüşdüyü xəbərləri də yayılıb”.