BAKI, 9 aprel. TELEQRAF

Türkiyədə keçiriləcək Antalya Diplomatiya Forumunun iştirakçıları siyahısına Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın və İrəvanın Türkiyə üzrə xüsusi nümayəndəsi Ruben Rubinyanın adları daxil edilib.

Teleqraf xəbər verir ki, Ermənistan rəsmilərinin Türkiyəyə səfəri ilə bağlı hələlik rəsmi məlumat yayılmayıb.

Forum aprelin 11-13-də keçiriləcək. Xatırladaq ki, ötən il Ermənistan nümayəndə heyəti həmin forumda iştirak edib və çoxsaylı görüşlər keçirib.