BAKI, 22 mart. TELEQRAF

Türkiyə sərhədindəki Marqara keçid məntəqəsindən Suriyaya humanitar yük daşıyan Ermənistanın yük maşınlarını Türkiyə polisi müşayiət edib.

Teleqraf xəbər verir ki, bu bu barədə Ermənistan-Türkiyə Biznesin İnkişafı Şurasının həmsədri Arsen Qazaryan məlumat verib.

“Türkiyə yolu açıb, sürücülərimizin təhlükəsizliyini təmin edib, humanitar yüklər üçün yol vergisi almayıb”, - qurum rəhbəri bildirib.

Xatırladaq ki, dünən Ermənistan-Türkiyə sərhədi 10 gün müddətinə açılıb. Ermənistan tərəfi sərhədin Suriyaya humanitar yük daşımaq məqsədilə açıldığını bəyan edib.