BAKI, 20 mart. TELEQRAF

Ermənistan hökumətinin qərarı ilə Türkiyə ilə “Marqara” sərhəd-keçid məntəqəsi martın 21-dən 31-dək açılacaq.

Teleqraf xəbər verir ki, məqsəd Türkiyə ərazisindən Suriyaya humanitar yük göndərməkdir.

“Bu qərar layihəsinin qəbulu Ermənistan adından Suriyaya göndəriləcək humanitar yardım yüklərinin Türkiyə ərazisindən quru yolu ilə daşınması zərurəti ilə şərtlənir. Bu layihənin qəbulu Ermənistan adından Suriyaya humanitar yardımların daha tez və daha az xərclə çatdırılmasına imkan yaradacaq”, - hökumətin açıqlamasında deyilir.