
BAKI, 19 mart. TELEQRAF
Fransa Senatındakı Ermənistanla dostluq qrupu Qarabağla əlaqədar təxribatçı çağırış edib.
Teleqraf xəbər verir ki, fransalı senatorlar çağırışda sülh sazişinə Qarabağdan könüllü getmiş ermənilərin qaytarılması ilə bağlı “bənd”in əlavə edilməsini istəyirlər.
Çağırışa Fransa Senatındakı “Dağlıq Qarabağ üzrə beynəlxalq informasiya qrupu” adlı qondarma qurum da qoşulub.
Bədnam çağırış Fransa-Ermənistan parlamentlərarası dostluq qrupunun sədri Gilbert-Luk Devina və qondarma qurumun rəhbəri Etyen Blan tərəfindən edilib.