BAKI, 17 mart. TELEQRAF

Ermənistan hökumətində Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmaqla bağlı heç bir müzakirə və ya gündəm yoxdur.

Teleqraf xəbər verir ki, bunu Ermənistan iqtisadiyyat naziri Gevorq Papoyan deyib.

“Hakimiyyətin belə məqsədləri və məsələləri yoxdur. Gündəliyimiz iqtisadiyyatı şaxələndirməklə əlaqəlidir. Ən azı mümkün qədər... Diversifikasiya AİB-ə qarşı yönəlməyib. Məqsədimiz bir asılılığı digəri ilə əvəz etmək deyil”, - nazir bildirib.