
BAKI, 12 mart. TELEQRAF
Niderland xarici işlər naziri Kaspar Veldkampın Ermənistana rəsmi səfəri başlayıb.
Teleqraf xəbər verir ki, bununla bağlı nazir İrəvana gəldikdən sonra özünün "X" səhifəsində yazıb.
“Bu gün Ermənistana səfər etməkdən və həmkarım Ararat Mirzoyanla görüşməkdən məmnunam. Prioritetimiz ikitərəfli və Avropa əməkdaşlığımıza sərmayə qoymağa davam etməkdir. Bu gün rəsmi olaraq Niderland səfirliyini açacağam”, - Veldkamp bildirib.