
BAKI, 10 mart. TELEQRAF
İki yarımcan sima (sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyanı nəzərdə tutur – red.) öz ətrafı ilə məni hakimiyyətə kimin gətirdiyi barədə mübahisə edir, biri-birindən həqiqəti deməyi tələb edir.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan sosial media hesabında yazıb.
“Mənə deyin, Ermənistan Respublikası xalqının heç vaxt səsini almamış o seçki saxtakarlarını və qəsbkarları hakimiyyətə kim gətirmişdi?” - baş nazir vurğulayıb.