
BAKI, 10 mart. TELEQRAF
Artıq Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sərkisyan arasında ittifaq artıq mümkün deyil.
Teleqraf xəbər verir ki, bunu erməni siyasi ekspert Tiqran Vahan deyib.
“Artıq Serj Sərkisyan və Robert Köçəryan arasında iqtidara qarşı mübarizədə birlik mümkün deyil. Son həftələrdə onların komandalarının üzvləri bir-birinin ünvanına müxtəlif ittihamlar və təhqirlər səsləndirib, Nikol Paşinyanın iqtidara gəlməsinə görə bir-birini ittiham ediblər. Sabiq prezidentlər arasında bütün mümkün və qeyri-mümkün bütün körpülər yandırıldı. Bölgədəki təlatümlü geosiyasi proseslər və qeyri-müəyyənlik fonunda iki keçmiş prezident hakimiyyətdən qurtulmağın yollarını axtarmaq əvəzinə, bir-biri ilə mübarizə aparır”, - ekspert bildirib.