BAKI, 20 fevral. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan konstitusiyanı Azərbaycanın tələbləri çərçivəsində dəyişdirmək istəyir.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan deyib.

“Nikolun məqsədi konstitusiyanı dəyişdirməklə Azərbaycanın daha bir tələbini təmin etməkdir”, - sabiq ombudsman bildirib.

Xatırladaq ki, Paşinyan bundan əvvəl Ermənistanın yeni konstitusiyaya ehtiyacı olduğunu açıqlayıb.

Erməni mənbələrinə görə, baş nazirin bu planı Azərbaycanın müvafiq tələbi ilə bağlıdır. Söhbət Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı qeydlərin Ermənistan konstitusiyasından çıxarılmasından gedir.