BAKI, 6 oktyabr. TELEQRAF

Ermənistan Rusiya hərbi bazasının ölkədən mümkün çıxarılması ilə bağlı məsuliyyəti Moskvanın üzərinə qoymağa çalışır.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mixail Kaluqin "RİA Novosti"yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, İrəvan nümayəndələri Rusiya bazasının gələcək taleyinin müzakirəsini Moskvanın təşəbbüskarı kimi qələmə verməyə çalışırlar:

"Ermənistandakı hakim elita çox vaxt ən vacib qərarların xarici oyunçular tərəfindən qəbul edilməsini gözləyir".