BAKI, 8 oktyabr. TELEQRAF
“Dini andını pozmuş Ktriç Nersisyan (II Qaregin) bütün ermənilərin katolikosu ola bilməz, getməlidir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Lilit Stepanyan deyiob.
“Ktriç Nersisyan Samvel Karapetyanın və Robert Köçəryanın partiyalarının nümayəndələrindən biridir. Nersisyanın İsveçrə bankında hesabı var. Bu adam dollar milyarderidir”, - o qeyd edib.