BAKI, 29 oktyabr. TELEQRAF
Noyabrın 1-dən metronun “Memar Əcəmi” stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir.
Bu barədə Teleqraf-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, 156 nömrəli marşrut üzrə 10 ədəd “İsuzu Citibus” markalı, 156A nömrəli marşrut üzrə isə 4 ədəd “İsuzu HC45” markalı müasir və komfortlu avtobus daşımalara cəlb ediləcək.
Hər iki marşrut nağdsız qaydada fəaliyyət göstərəcək. Gedişhaqqı 0,50 AZN müəyyən edilib.