BAKI, 23 noyabr. TELEQRAF

Rusiyanın Murmansk vilayətinin qubernatoru Andrey Çibis büdcə vəsaitlərini mənimsəmə və dələduzluqda şübhəli bilinərək Moskvada saxlanılıb.

Teleqraf TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Çibisrek noyabrın 23-də mənimsəmə və qanunsuz valyuta əməliyyatları ilə bağlı cinayət işinin istintaqı çərçivəsində saxlanılıb.

Qurumun məlumatına görə, iş üzrə təqsirləndirilənlər regional Tikinti Nazirliyinin büdcəsindən 39 milyon rubldan çox vəsaiti talamaqda, həmçinin Apatitı - Kirovsk avtomobil yolunun yenidən qurulmasına ayrılmış 1 milyard rubldan artıq vəsaiti israf etməkdə ittiham olunurlar.